"Microsoft" korporasiyası Münhenin şimal hissəsində yerləşən ərazini mənzil-qərargahının inşası üçün uzunmüddətli icarəyə götürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə sövdələşmənin konsultantı rolunda çıxış edən "Colliers International" şirkətinin məlumatında deyilir.
2,6 hektarlıq ərazi "Parkstadt Schwabing" rayonunda yerləşir və "Argenta" Şirkətlər Qrupuna məxsusdur. Binanın tikintisinə 2014-cü ildə başlanılması və 2016-cı ilin yazında başa çatdırılması nəzərdə tutulur. Bina "LEED" qızıl sertifikatı standartına uyğun olacaq. Burada "yaşıl" ofis otaqları ilə yanaşı, yeməkxana və idman mərkəzi yerləşəcək.
Münhen ofisi ABŞ korporasiyasının Avropada böyüklüyünə görə ikinci nümayəndəliyi olmaqla burada 1800 əməkdaş çalışacaq. "Microsoft"un regionda ən böyük mənzil-qərargahı Parisdə yerləşən ofisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB