ABŞ-da şiddətli qasırğa olub

ABŞ-ın mərkəzi qərb hissəsini şiddətli yağış, qasırğa və fırtına vurub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İllinoys ştatında qasırğa nəticəsində ilkin məlumata görə, azı 5 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Beynəlxalq metereoloji xidmət ştatın cənubundakı Vaşinqton qəsəbəsini F-4 böyüklüyündə qasırğanın vurduğunu, küləyin sürətinin saatda 267-322 km arasında olduğunu açıqlayıb.

Ərazidə tikililərə ciddi ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə