Çilidə seçkilərdə Beçelet liderlik edir

Çilidə seçkilərdə Beçelet liderlik edir
Çilidə keçirilən prezident seçkilərində gözlənildiyi kimi Mişel Beçelet liderlik edir.

SİA İTAR-TASS-istinadən xəbər verir ki, artıq bu ölkədə prezident seçkiləri başa çatıb və siyahıda olan doqquz namizəd arasında xanım Mişel Beçelet birinci yerdədir.

Belə ki, seçkinin porensial favioritləri ölkənin eks-prezidenti Mişel Beçelet və keçmiş əmək naziri Evelin Mattey olub.

Çili Seçki Müşahidəsi qrupunun təxmini hesablamalarına görə, bülletenlərin beşdə bir hissəsi sayıldıqdan sonra M.Beçeletin 46,11 faiz səs topladığı məlum olub.

Onun rəqibi–hazırda iqtidarda olan konservativ "Çili uğrunda Alyans" Partiyasınnın üzvü xanım Evelin Mattey hələ ki, 25,02 fazilə kifayətlənməkdədir.

Lakin məlumat verilir ki, əgər namizədlərin heç biri 50 faiz səs toplaya bilmədikləri halda dekabrın15-də səsvermənin ikinci turu keçiriləcək.

Qeyd edək ki, 1993-cü ildən keçirilən prezident seçkilərində Çilidə heç bir namizəd ilk turda qalib ola bilməyib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB