Cənubi Koreya KXDR-ə 17 milyardlıq humanitar yardım göndərəcək

Cənubi Koreya KXDR-ə 17 milyardlıq humanitar yardım göndərəcək

SİA İTAR-TASS İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Respublikası Koreya Xalq Demokratik Respublikasına (KXDR) 17,8 milyard von (16,7 milyon dollar) həcmində humanitar yardım göndərəcək. Bu rəqəm ötənilki rəqəmlə müqayisədə 26 % çoxdur. Bunu Cənubi Koreyanın Birləşmə Nazirliyi bildirib.

"Baxmayaraq ki, beynəlxalq aləm Cənubi Koreyanın Pxenyana az yardım göstərdiyini iddia edir, ancaq buna rəğmən prezident Pak Kön Xe adminstrasiyası bu yardımları hər il artırır" - deyə Cənubi Koreya rəsmisi bəyan edib.

Birləşmə naziri onu da xatırladıb ki, Cənubi Koreya bu yardımları KXDR-in üçüncü nüvə sınaqlarını keçirdiyi vaxtda da davam etdirib. Hansı ki, nüvə sınaqları rəsmi Seul və Vaşinqtona istiqamətlənmiş güc nümayişi kimi qiymətləndirilir.

Qeyd edək ki, Cənubi Koreya Respublikasının göndərdiyi yarıdmların 24,1%-i bu ölkənin 15 qeyri-hökumət təşkilatlarının payına düşür. Yerdə qalan hissələr isə dövlət büdcəsindən xərclənir.

Xatırladaq ki, noyabrın 14-də ABŞ-n Şimali Koreya üzrə eksperti Biktor Ça ehtimal etmişdi ki, 2013-cü ilin sonuna qədər rəsmi Pxenyan dördüncü nüvə sınaqlarını keçirəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə