MKİ və Pentaqon Rusiya stansiyasının əleyhinədir

MKİ və Pentaqon Rusiya stansiyasının əleyhinədir

MKİ və Pentaqon Rusiyanın ABŞ-da tikəcək QLONASS stansiyasının tikintisinə qarşı olduğunu bəyan ediblər. SİA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumatına görə, xüsusi xidmət orqanları artıq ABŞ Dövlət Departamentinə bununla bağlı müraciət ediblər. Müraciətdə bildirilib ki, əgər 6 stansiya tikilsə, bu zaman Rusiya raketlərinin dəqiq idarəolunmasıamilini artıra bilər. Eyni zamanda iddia olunur ki, tikiləcək stansiyalar Rusiya kəşfiyyatçıları üçün platsdarm rolu oynaya bilər.

Müsraciətlərdən sonra ABŞ Dövlər Departamenti rəsmi olaraq cavab verməyib. Ağ ev də MKİ və Pentaqona Rusiyanın QLONASS stansiya tikintisi ilə bağlı dəqiq nəticələr göndərmək üçün müraciət edib.

Xatırladaq ki, Rusiya ABŞ-a tikinti ilə bağlı 2012-ci ildə müraciət etmişdi. Ölkələr sonuncu dəfə 2013-cü ilin aprelində bu ətrafda dabışıqlar aparıblar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə