Cihatçılar: “Bağışlayın səhv insanın başını kəsdik!”

Cihatçılar: “Bağışlayın səhv insanın başını kəsdik!”

Əl-Qaidənin tərkibində fəaliyyət göstərən İraq və Şam İslami Dövləti ( İŞİD ) adlı təşkilatın üzvləri şiə hesab etdikləri müxalif Məhəmməd Faresin başını kəsib. SİA xarici mətbuata istinadən xəbər verir ki, öldürülən müxalif Əl-Qaidə ilə eyni ideologiyanı paylaşmasa da, cihatçılarla birlikdə mübarizə aparan "Ahraruş Şam" adlı müxalifət təşkilatının üzvü olub.

Belə ki, Hələbdə Əsəd rejimi ilə müxaliflər arasında baş verən qarşıdurma nəticəsində yaralanan Məhəmməd Fares xəstəxanaya aparılıb. Xəstəxanada Əsəd ordusunda xidmət edən əsgərlərin tabeliyinə keçdiyini zənn edən müxalif özünü şiə kimi təqdim edib. Bundan xəbər tutan İŞİD üzvləri Məhəmməd Faresin başını kəsiblər.

Qətl hadisəsinin videosu "Youtube" sosial şəbəkəsinə yerləşdirildikdən sonra Faresin müxalif olduğu məlum olub. İŞİD xadimləri öz üzvlərini qətlə yetirdikləri üçün Faresin ailə üzvlərindən və müxaliflərdən üzr istəyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə