Ermənistan peşmandır

Ermənistan Gömrük İttifaqına üzv olmaq qərarı verdikdən sonra Avropa Birliyinin donor konfransını İrəvanda keçirmək imkanını əldən qaçırıb. Bu barədə Ermənistanın "İrs" partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postandjyan bu gün parlamentdə 2014-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı bəyan edib.

Zarui Postandjyan 2014-cü ilin dövlət büdcəsini "dilənçi büdcəsi" adlandıraraq qeyd edib ki, o Ermənistan əhalisinin layiqli yaşayışa olan son ümidlərini qırır.

"Planlaşdırılan iqtisadi göstəricilərin heç biri icra olunmur. Hökumət bu cür məsələləri heç fikrinə belə gətirmir. Əgər siz bunu gələcəkdə də etmək niyyətində deyilsinizsə, onda biz sizi əvəz edib, bunu sizin əvəzinizə edərik", deyə Zarui Postandjyan vurğulayıb və müzakirəyə çıxarılan büdcə layihəsinin əleyhinə səs verəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə