Noyabrın 13-də UNESCO-nun Baş Konfransının 37-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərin nəticələrinə əsasən Ukrayna 2013-2017-ci illər dövrü üçün bu təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.
UNESCO-nun üzvü olan 185 ölkə səsvermədə iştirak edib, onlardan 169-u, o cümlədən Azərbaycan da Ukraynanı dəstəkləyib.
Ukraynanın UNESCO-nun bu rəhbər orqanına seçilməsi bu dövlətin UNESCO-nun fəal və məsul iştirakçısı kimi nüfuzunun artmasına, təşkilatın fəaliyyətinə, o cümlədən, elm, təhsil və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dair təşəbbüslərin həyata keçirilməsinə sanballı töhfə verməyə şərait yaradacaq.
UNESCO-nun İcraiyyə Şurası təşkilatın iki rəhbər orqanından biridir (Baş konfransla yanaşı). Şuranın tərkibinə UNESCO-nun üzvləri olan 58 ölkə daxildir.
1954-cü il mayın 12-dən UNESCO-nun üzvü olan Ukrayna bu müddətdə üç dəfə: 1981-1985-ci, 1995-1999-cu və 2001-2005-ci illərdə İcraiyyə Şurasına seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB