Avropada İranın da payı olan yeganə təbii qaz yatağından "mavi yanacaq" hasilatına başlanıla bilər.
Bununla bağlı Böyük Britaniyanın BP şirkəti açıqlama yayıb. Şirkətdən "Ram" qaz yatağından "mavi yanacaq" hasilatına 6-9 ay sonra başlanmasının planlaşdırıldığı bildirilib.
Böyük Britaniyanın Energetika Nazirliyi oktyabrın 22-də Şimal dənizində, Şotlandiyanın şimal sahilindən 370 kilometr məsafədə yerləşən və BP şirkəti ilə İran Milli Neft Şirkətinin hər birinin 50%-lik paya malik olduğu "Ram" qaz yatağından "mavi yanacaq" hasilatına qoyulmuş qadağanı aradan qaldırdığını açıqlayıb. Ancaq rəsmi London İranın enerji sektoruna tətbiq edilmiş sanksiyalar öz qüvvəsində qaldığından, həmin yataqdan təbii qaz hasilatı nəticəsində hər hansı gəlir əldə olunacağı təqdirdə, İran Milli Neft Şirkətinin Böyük Britaniyadakı bank hesabına köçürüləcəyini, lakin bu hesabdan istifadə edilməsinin mümkün olmayacağını bildirib.
Avropa Birliyi 2010-cu ilin oktyabrında İran şirkətlərinə, xüsusilə İran Milli Neft Şirkətinə qarşı sanksiya tətbiq etməsi səbəbindən böyük qaz yatağı qapadılıb. Yataqdan təbii qaz hasilatına isə 2005-ci ilin dekabrında başlanılıb. Bu yataqdan hasil olunan "mavi yanacaq" Böyük Britaniya ərazisində çıxarılan təbii qazın təxminən 4%-ni təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB