Kolumbiya üsyançıları keçmiş ölkə liderini öldürmək iddiasındadırlar
SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, Kolumbiya İnqilabçıları Silahlı Qüvvələri (KİSQ) adı altında birləşən üsyançılar ölkənin keçmiş prezidenti Alvaro Uribeyə qarşı sui-qəsd hazırlayıblar. Bu məlumatı Kolumbiyanın Müdafiə Nazirliyi yayıb.
"Xuan Manuel Santosun (hazırkı prezident) göstərişinə əsasən, mən sui-qəsd planı ilə bağlı xəbərdarlıq üçün general mayor Rodolfo Palomino və Alvaro Uribe ilə görüşmüşəm" - deyə, bildirən müdafiə naziri Xuan Karlos Pinson jurnalistlərə bldirib ki, prezident Santos Uribenin və ailəsinin təhlükəsizliyini gücləndirmək əmrini verib.
Kolumbiyanın keçmiş prezidentinə qarşı hansı üsulla sui-qəsd hazırlandığı barədə isə hələlik, heç bir məlumat verilməyib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB