Britaniyanın XİN başçısı: “İran hakimiyyəti hansı məsuliyyəti daşıdığını bilməlidir”
Böyük Britaniyanın Xarici İşlər Naziri Vilyam Heyq İrana qarşı sanksiyaların sərtləşdiriləcəyi ilə bağlı ehtimalların reallaşa biləcəyini istisna etməyib. SİA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumatına görə, sanksiyalar İslam Respublikasını ilə razılaşmaların əldə edilməyəcəyi təqdirdə irəli sürülə bilər.
Britaniyanın XİN rəhbəri bu gün parlamentdə çıxışı zamanı bu haqda bildirib: "Əsas məsələ budur ki, İran hakimiyyəti hansı məsuliyyəti daşımasını bilməlidir. Nüvə proqramı ətrafında razılıq əldə olunmasa, bu məsələ ağır nəticələrlə başa çata bilər".
Xatırladaq ki, nüvə proqramı ilə bağlı danışıqlar nəticəsiz qalıb və növbəti görüş noyabrın 20-də Cenevrədə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB