ABŞ Fars körfəzindən təyyarədaşıyan gəmisini çıxarıb

ABŞ Fars körfəzindən təyyarədaşıyan gəmisini çıxarıb

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus atom təyyarədaşıyan gəmisi Fars körfəzini tərk edib.

Bu barədə ABŞ Müdafiə Nazirliyindən xəbər verilib. Məlumatda bildirilir ki, Süveyş kanalından keçən "USS Nimitz (CVN-68)" aviadaşıyıcısının yeni ildən əvvəl ABŞ-a geri dönməsi gözlənilir.

Qeyd edək ki, "USS Nimitz (CVN-68)" aviadaşıyıcısının bu ilin avqust ayında Fars körfəzini tərk etməsi gözlənilsə də, ancaq ABŞ-ın Suriyaya qarşı hərbi müdaxiləsi barədə təhdidlərinin ardından bölgədəki qalma müddəti uzadıldı. Hazırda Fars körfəzində ABŞ-ın yalnız "USS Harry S. Truman" aviadaşıyıcısı qalıb. Bu aviadaşıyıcı Şimali Ərəb dənizindədir. Bundan əlavə, "USS Graveleyin" gəmisinin də Aralıq dənizindən ayrıldığı və ABŞ-a dönməkdə olduğu qeyd edilib. Eyni zamanda Aralıq dənizində ABŞ-a məxsus "USS Stout", "USS Ramage" və "USS Monterey" gəmiləri hələ də Aralıq dənizindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə