Filippin polisi: "10 min insan həyatını itirib"

Filippin polisi: "10 min insan həyatını itirib"

Filippinin Leyte adasında baş verən "Xayiyan" qasırğası10 min insanın həlak olması ilə nəticələnib. SİA-nın məlumatına görə, bu barədə BBC-yə yerli polis nümayəndələri xəbər verib. Belə ki, Leyte adası dəhşətli qasırğanın episentri olub və əsas zərbə də məhz bu adanın üzərinə düşüb.

Digər məlumata görə, sahilyanı Takloban şəhərində 2000, Samar əyalətində isə daha 200 cəsəd aşkarlanıb.

Xatırladaq ki, Filippin dövləti rəsmi olaraq bir neçə yüz nəfərin həlak olduğunu bəyan edib. Lakin yerli polis şefi Elmer Soria rəsmi məlumatın düzgün olmadığını bildirib və qeyd edib ki, ötən gecə o əyalət qubernatorları ilə görüşüb və ona məlumat verilib ki, təbii fəlakət nəticəsində 10 min insan həyatını itirib. Leyte adasının isə 80 faiz kommunikasiya və tikililərinin yerlə-yeksan olub.

Xatırladaq ki, "Xayiyan" qasırğası fəlakət zonasının episentrində saatda 300 km-ə qədər çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə