Əsəd rejimi suriyalıları qətlə yetirməkdə davam edir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejim tərəfindən müxaliflərə qarşı təşkil edilən hücumlarda 5-i uşaq, 5-i isə qadın olmaqla 48 nəfər ölüb. Bu barədə məlumat yayan Suriya İnsan Haqqları Təşkilatının açıqlamasına əsasən əməliyyatlar zamanı Hələb şəhərində 22, paytaxt Dəməşqdə 11, Həma, Dera və Humus şəhərlərində 12, İdlibde 2, Deyruz Zorda 1 nəfər olmaqla 48 suriyalı həlak olub.
Suriya Ümumi İnqilab Şurasının məlumatına görə, Hələbin şərqində və Neyra hərbi hava limanı ətrafında qarşıdurmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB