Tehran yeni növ raketlərin istehsalına başlayacaq

Tehran yeni növ raketlərin istehsalına başlayacaq

İranın Hərbi Hava Qüvvələri (İHHQ) üçün yeni – "Səyyad -2" raketləri istehsal olunacaq.

Raketlərin istehsalçısı olan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, artıq yeni raketlərin konstruksiya və dizayn işləri başa çatıb.

Yeni raketlərin uçuş məsafəsi barədə məlumat verilməsə də, bildirilir ki, yeni raketlər İHHQ-nin mövcud raketlərindən hədəfi daha dəqiq vurmaq imkanı ilə fərqlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə