Ərəstun Baxşəliyev: “Bunun məsuliyyəti Sarkisyanın üzərindədir”

Ərəstun Baxşəliyev: “Bunun məsuliyyəti Sarkisyanın üzərindədir”

"Ermənistanda vəziyyət daha da acınacaqlı olacaq. Çünki işğalçı, kriminal hakimiyyətin mövcud olduğu bir ölkədə yaxşı heç nə ola bilməz. Sarkisyan bütün qırğınlara hazır olmalıdır, çünki bütün məsuliyyət onun üzərindədir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ərəstun Baxşəliyev bildirib.

Ermənistanda son günlər baş verən kütləvi iğtişaşlara münasibət bildirən politoloq onu da qeyd edib ki, ermənilər kütləvi şəkildə ölkəni tərk edir: "Ölkə demək olar ki, sosial partlayışa düçar olub, iqtisadiyyat günbəgün geriləyir. Bütün bunlara görə, Ermənistan rəhbərliyi ilk növbədə işğalçı siyasətindən əl çəkməli, Sarkisyan hakimiyyəti çıxıb getməlidir. Amma artıq Ermənistan üçün çox şey gecdir. Çünki yaxın gələcəkdə vəziyyətin daha da gərginləşəcəyinin şahidi olacağıq. Ermənilər ölkə rəhbərliyinin özbaşınalıqlarından beziblər".

Bütün xəbərlər Facebook səhifəmizdə