ABŞ dövlət katibinin bəyanatı "Cenevrə-2" görüşü poza bilər

ABŞ dövlət katibinin bəyanatı "Cenevrə-2" görüşü poza bilər

ABŞ dövlət katibi Con Kerrinin bəyanatı Suriya böhranının dinc nizamlanması üzrə "Cenevrə-2" görüşündə planlaşdırılan danışıqları poza bilər. SİA RİA Novosti agentliyinə istinadən, bu barədə bazar günü Suriya XİN-i bildirib.

"Kerrinin təkrarlanan şərhləri Cenevrə konfransını poza bilər, onlar Suriyanın işlərinə kobud şəkildə müdaxilə etməkdir və Suriya xalqının öz gələcəyini həll edə biləcək hüquqlarına qarşı təcavüzdür", - Frans Press agentliyi Suriya XİN-in bəyanatından sitat gətirir.

Kerri bazar günü Qahirədə yaxın şərq turnesi çərçivəsində səfərdə olarkən bildirib ki, Vaşinqtonun və onun müttəfiqlərinin Suriya münaqişəsi ilə bağlı fikir ayrılığı ola bilər, lakin onlar Suriyada hakimiyyətin dəyişilməsi üzrə məsələdə həmfikirdilər, - agentlik qeyd edib.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə