Bir ayda 979 nəfər həlak olub DƏHŞƏT

Bir ayda 979 nəfər həlak olub DƏHŞƏT

BMT İraqda baş verən terror aksiyaları haqqında hesabat hazırlayaraq dünya ictimaiyyətinə təqdim edib. SİA-nın məlumatına görə, hesabatda bildirilir ki, cari ilin sentyabr ayında İraqda törədilən terror aksiyaları nəticəsində 979 nəfər ölüb.

Belə ki, ölənlərdən 852-si sıravi vətəndaş, 127-si isə ordu və polis əməkdaşları olub. Hesabat müəllifləri bildirirlər ki, siyasi məqsədlər naminə törədilən cinayətkar aksiyalardan yalnız sadə adamlar ziyan çəkirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə