İranla "altılıq" arasında ekspertlər səviyyəsində keçirilən müzakirələr başa çatıb
Vyanada İran və "altılıq" arasında ekspertlər səviyyəsində keçirilən ikigünlük danışıqlar cümə axşamı başa çatıb. SİA RİA Novosti agentliyinə istinadən, bu barədə Reyter agentliyi məlumat verir.
Agentliyin qeyd etdiyinə görə, görüş bağlı qapılar arxasında keçirilib, onun yekunları üzrə iştirakçılar şərh verməkdən çəkiniblər.
Ekspertlərin görüşü Vyanada oktyabrın 30 və 31-də keçirilib. Onun məqsədi noyabrın 7 və 8-də Cenevrədə İranla "altılıq" arasında planlaşdırılan danışıqların növbəti raundunun keçirilməsinin hazırlanması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB