Çin Rusiyanı şoka saldı

Rusiyanın Sankt-Peterburq şəhərinə Çində istehsal edilən ütülərin idxalından sonra istehlakçılar qeyri-adi vəziyyətlə üzləşiblər. SİA xəbər verir ki, elektron əşyalar satan "Sobol" şirkətinin rəhbəri İnnokentiy Fyodorov Rusiya mətbuatına açıqlamasında bildirib ki, Çindən gətirilən ütülərin içindən kiçik casus cihazları tapılıb.

Onun sözlərinə görə, Çindən gətirilən bəzi çaydanlardan və mobil telefonlarda da oxşar cihazlar tapılıb: "Casus cihazları olduğu məkandan 200 metr uzaqlıqdan yerləşən Wi-Fi sisteminə avtomatik olaraq qoşulur və məlumatları aydın şəkildə tələb olunan məntəqəyə çatdırır. Kompüter mütəxəssislərinin fikrincə cihazlar internetə qoşulduqları andan etibarən virus göndərmək gücünə malikdirlər".

Şirkət rəhbərliyi mövzu ilə əlaqədar Çin hökumətinə məktub göndərdiyini və hələ də cavab almadıqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə