ABŞ-ın məşhur rok ifaçısı Lou Rid 71 yaşında dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın nəğməkar şairi və gitaraçısının ölüm xəbərini Amerikanın musiqi jurnalı "Rollinq Stonz" yayıb.
Məlumat üçün bildirək ki, dünən vəfat etmiş Rid, may ayında qaraciyər köçürmə əməliyyatı keçirib. 1942-ci ildə Nyu Yorkun Bruklin qəsəbəsində doğulmuş şair-gitaraçı əfsanəfi Vilvet Anderqraund rok qrupu ilə şöhrət qazanıb, Ridin yazdığı mahnıların o vaxtkı nəsillərə əhəmiyyətli təsiri olub. 60-cı illərdə Vilvet Anderqraund rok qrupunu tərk edən Rid, 70-ci illərdə solo karyeraya start verib rok sənətiin əsas ulduzlarından birinə çevrilib. Rid son zamanlar bir sıra səhiyyə problemləri ilə üzləşsə də, müsahibələrində hər zaman nikbin olub.
"Mən müasir təbabətin, səhiyyənin və kimyanın uğurlu nailiyyətiyəm, özümü həmişəkindən daha güclü hiss edirəm", - deyə sənətkar sosial şəbəkədə qoyduğu şərhlərindən birində deyib. Rok əfsanəsinin ölüm xəbəri yayıldıqdan sonra sosial şəbəkələrdə kütləvi şəkildə başsağlığı statusları yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB