Baş nazir əsəbləşdi

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan əsəbləşib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir Vana səfəri zamanı bələdiyyə sədrinə əsəbiləşib. Belə ki, Ərdoğan sənaye müəssisələrinin yerləşdiyi ərazinin qarşısındakı zibilliyi gördükdə özünü saxlaya bilməyərək şəhər bələdiyyəsinin ünvanına tənqidi fikirlər səsləndirib.

Baş nazir zibilliyin tez bir zamanda yığışdırılmasını tələb edib: "Bələdiyyə hara baxır? Bu nə vəziyyətdir? Belə şəraitdə insan xəstə olar. Xəstəxana açmaqdansa, zibilliyi təmizləsəydiniz daha yaxşı olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə