Yaponiyada "Frantsisk" qasırğası bir nəfərin həlak olmasına səbəb olub. SİA-nın Yaponiya mətbuatına istinadən verdiyi xəbərə görə, Tokio, Tiba və Ayti əyalətlərində yaşayan 5 min ailəyə evlərini tərk etmək tapşırığı verilib. Tropik siklon nəticəsində bir sıra rayonları su basıb, hava və dəmir yolu nəqliyyatının fəaliyyəti dayandırılıb.
Hazırda qasırğa Honsyu sahillərindən simal-şərq istiqamətinə hərəkət edir. Yaponiya Meteoroloji İdarəsi insanlara zəruri ehtiyac olmadan küçəyə çıxmamağı tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB