"The Guardian" qəzeti yazır ki, qaradərili oyunçular 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot edə bilərlər.
Bunu "Mançester Siti" komandasının Kot- d’İvuardan olan yarımmüdafiəçisi Yaya Ture Çempionlar Liqasının üçüncü turunun oyunundan sonra bəyan edib. Onun sözlərinə görə OMİK – "Mançester Siti" matçında azarkeşlər qonaqların ünvanına irqçi məzmunlu ifadələr işlədiblər. Yaya Ture bu rəftarı "ağlasığmaz hərəkət" kimi təsvir edib və ölkəni buna görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Kot-d’İvuar vəd edib ki, Rusiyaya xüsusi sanksiyalar tətbiq edilməsi üçün FİFA-ya və UEFA-ya təzyiqi artıracaq. UEFA nümayəndələri OMİK komandasına qarşı "öz azarkeşlərinin irqçi davranışına görə" intizam işi açılmasını təsdiq ediblər.
Turenin həmvətəni, OMİK-in futbolçusu Seydu Dumbiya isə Turenin sözlərini "açıq-aşkar mübaliğə" adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB