Noyabr ayında Şərq Tərəfdaşlığı sammiti keçiriləcək

Noyabr ayında Şərq Tərəfdaşlığı sammiti keçiriləcək

Oktyabrın 21-22-də Stokholmda Litva xarici işlər nazirinin müavini Andrüs Krivas Şimal və Baltik ölkələrinin (Nordic Baltic Eight, NB8) dövlət katiblərinin illik görüşündə iştirak edib. Görüşdə NB8 ölkələri ilə dövlətlərin diplomatik missiyaları arasında gələcək əməkdaşlıq, Şərq qonşuluğu siyasəti və noyabr ayında keçiriləcək Şərq Tərəfdaşlığı sammiti müzakirə olunub.

A.Krivasın sözlərinə görə, səkkiz dövlətin hamısının nümayəndələri Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasətinin məqsədlərinə qətiyyətlə tərəfdar çıxdıqlarını və ümidvar olduqlarını bildiriblər ki, bütün şərtlər vaxtında yerinə yetirildikdən sonra noyabrda assosiasiya, o cümlədən Ukrayna ilə ticarətin liberallaşdırılması (DCFTA) haqqında saziş imzalanacaq. NB8 ölkələrinin diplomatları həmçinin ümid edirlər ki, Şərq tərəfdaşlığı sammitində Moldova və Gürcüstan ilə assosiasiya haqqında sazişlər paraflanacaq. Bu sazişlərin 2014-cü ildə imzalanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə