Rusiya rəsmiləri Moskvanın Biryulevo rayonundakı vəziyyətlə bağlı Dövlət Dumasında çıxış edəcəklər. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, çıxışçılar arasında Rusiyanın daxili işlər naziri Vladimir Kolokolsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski və Moskva merinin regional təhlükəsizlik üzrə müavini Aleksandr Qorbenko olacaq.
Qeyd edək ki, Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin Biryulevo hadisələri ilə bağlı parlament istintaqı keçirməyi təklif edib. Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov isə Biryulevo hadisələrini Təhlükəsizlik Şurasının iclasında müzakirə etməyi təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB