Çində "qırmızı həyəcan" "Göz-gözü görmür"

Çində "qırmızı həyəcan" "Göz-gözü görmür"

Çində havanın sənaye tullantıları ilə çirklənməsi və iki gündür davam edən sıx duman-çiskin səbəbi ilə "qırmızı həyəcan" verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin vilayətlərinin havalimanları və şose yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Belə ki, Çinin şimal-şərqində yerləşən Heylongciangin vilayətinin mərkəzi Harbin şəhərində görünüş məsafəsi 20 metrə enib, Tayping Beynəlxalq Havalimanında və vilayətdəki bütün şoselərdə nəqliyyatın hərəkəti dayandırılıb.

Mütəxəssislər insanları tənəffüs yolları ilə bağlı yayılacaq xəstəliklərə qarşı diqqətli olmağa səsləyib.

Qeyd edək ki, son illərdə Çində paytaxt Pekin başda olmaqla bir çox bölgələrdə havanın sürətlə çirklənməsi müşahidə edilir və bunun əsas səbəbi olaraq sürətli sənayeləşmə göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə