ABŞ hökuməti Pakistana 1,6 milyard dollar dəyərində yardım ayırıb

ABŞ hökuməti Pakistana 1,6 milyard dollar dəyərində yardım ayırıb

Barak Obama administrasiyası Pakistana 1,6 milyard dollar dəyərində hərbi yardım ayırır. SİA-nın məlumatına görə, bu haqda məlumatı Ağ Ev rəsmisi verib.

Məlumata görə, yardıma səbəb iki ölkə arasında inkişaf edən əməkdaşlığı daha da gücləndirməkdir.

Cari ilin may ayında Pakistanın baş naziri seçilən Nəvaz Şərif çərşənbə günü ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Ağ Evin yaydığı açıqlamada bildirilir ki, görüşdə tərəflər ABŞ-Pakistan əməkdaşlığının inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyindən, eləcə də yardım məsələləri haqqında fikir mübadiləsi aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə