Qara dənizin Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində baş vermiş 5 bal gücündə fırtına muxtar respublikada ciddi fəsadlar yaradıb.
Muxtar respublikanın fövqəladə hallar xidmətindən verilən məlumata görə, Batumi və Kobuletidə dənizsahili infrastruktura daha böyük ziyan dəyib.
Batumidəki "Akropolis" kafesinin masa və stullarını dalğa aparmış, avadanlığı tam yararsız vəziyyətə salıb.
Batumi şəhərinin meri Cemal Ananidze hadisə yerində olmuş və təbii fəlakətin fəsadlarınınt aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyini qeyd edib. Merin fikrincə, ziyanın miqdarı təxminən 1 milyon laridən (1 dollar 1,65 laridir) artıqdır.
Muxtar respublikada qeyri-sabit hava şəraiti davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB