Oktyabrın 19-da Belçikanın cənubundakı Namur regionunda paraşütçüləri aparan kiçik təyyarənin qəzaya uğraması 12 nəfərin həyatına son qoyub.
Bu barədə Fernelman şəhərinin meri məlumat verib.
Məlumatda bildirilir ki, içərisində 11 paraşütçünün və bir pilotun olduğu təyyarə şəhərin Tetpluks hava limanından qalxdıqdan yarım saat sonra qəzaya uğrayıb. Qəza zamanı təyyarədəki paraşütçülər və pilot həlak olub.
Bəzi şahidlər bildiriblər ki, təyyarə qəzaya uğrayan zamanı bir neçə nəfər özünü atmaq istəsə də artıq gec olduğundan paraşütləri açmağa imkan tapmamış və həlak olub.
Qəzanın səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB