Hindistanda saxta spirtli içki can almağa davam edir

Hindistanda saxta spirtli içki can almağa davam edir

Hindistanın şimalında son üç gündə qaçaq yolla ölkəyə gətirilən saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 42 nəfərə çatıb. SİA-nın Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Uttar Pradeş ştatındakı Azamgarh şəhərində saxta içkidən zəhərlənən 40 nəfər isə xəstəxanalarda müalicə olunur.

Keçən həftə "Dussəhra" festivalına ev sahibliyi edən şəhərdə qanunsuz yolla spirtli içki istehsal edərək satan 32 nəfər saxlanılıb.

Qeyd edək ki, saxta içki istehsalının daha çox yayıldığı Hindistanda hər il yüzlərlə insan təsirini artırmaq üçün tərkibinə müxtəlif kimyəvi maddələrin əlavə olunduğu spirtli içkilər səbəbindən həyatını itirir.

Bütün xəbərlər Facebook səhifəmizdə