Obama: “ABŞ-da iqtisadi artım tempi ləngiyib”

Obama: “ABŞ-da iqtisadi artım tempi ləngiyib”

"Son bir neçə həftə ərzində davam edən büdcə böhranı ölkə iqtisadiyyatına ciddi ziyan vurub". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama etiraf edib.

Onun sözlərinə görə, böhran nəticəsində ölkədə iqtisadi artım tempi ləngiyib: "Bu cür vəziyyətdən heç kim qazanmır, büdcə böhranının mənfi təsiri bütün dünyada hiss edilib".

Qeyd edək ki, ABŞ prezidenti ötən gün ölkədəki böhranın qarşısını almaq məqsədilə büdcə layihəsini imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə