"Nari" tayfunu 5 min insanı çarəsiz qoydu

"Nari" tayfunu 5 min insanı çarəsiz qoydu

Vyetnamı təsiri altına alan "Nari" tayfununda 11 nəfər həlak olub, 34 min evə ziyan dəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər iki gün müddətində davam edən tayfunun ən çox Quang Nam və Quang Binh əyalətlərinə mənfi təsir etdiyini açıqlayıb. Əyalətlərə yağan leysan xarakterli yağışlar torpaq sürüşməsinə səbəb olub. Nəticədə 11 nəfər ölüb, 5 vyetnamlı itkin düşüb. Bəzi ərazilərdə 2 metrə çatan sel daşqınları altında qalan təxminən 34 min ev yarasız vəziyyətə düşüb. 5 min insan evlərini boşaltmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Nari tayfunu ötən həftə sonu Filippində də 13 nəfərin ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə