ABŞ xilas edildi?

ABŞ Konqresində demokratlarla respublikaçılar dövlət borcunun yuxarı həddinin müəyyənləşdirilməsi və dövlət orqanlarının maliyyələşdirilməsi məsələsində razılığa gəlinlər. SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu demokratların lideri Harri Rid və respublikaçıların rəhbəri Mitç Makkonella birgə açıqlamasında deyib.

Əldə olunmuş razılaşmaya görə, federal təsisatların maliyyələşdirilməsi müddəti 7 fevral 2014-cü ilədək uzadılıb.

Qeyd edək ki, sözügedən razılaşmanı nümayəndələr palatası təsdiqləməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə