Yaponiyada güclü qasırğa!

Yaponiyadabaş verən qasırğa 13 nəfərin həyatına son qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, güclü tufan paytaxt Tokio da daxil olmaqla bir sıra şəhərləri təsiri altına alıb.

Hadisəyə görə bir sıra avia reyslər ləğv edilib, məktəblər bağlanıb.

Fırtınadan sonra yağıntıların miqdarı artıb, bu da daşqına səbəb olub. Daşqın nəticəsimdə bir sıra evə ciddi ziyan dəyib.

Qeyd edək ki, çaydan iki nəfərin cəsədi tapılıb, 50 nəfərdən isə hələ ki , xəbər yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə