İtalyanın Lampedusa adası sahillərində ötən cümə axşamı qəzaya uğrayan gəmidə ölənlərin sayı artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgədə davam edən pis hava şəraiti ilə əlaqədar olaraq qəzadan 2 gün sonra axtarış tədbirlərini davam etdirən xilasedicilər 83 cəsədi sudan çıxardıqdan sonra həlak olanların sayı 194-ə çatıb. Səlahiyyətlilər ölənlərdən 5-nin uşaq, 55-nin isə qadın olduğunu açıqlayıb.
Qeyd edək ki, hadisə zamanı gəmidə 500 sərnişin olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB