Meksikanın Çihuahua şəhərində təşkil edilən ənənəvi "Extremo Show"-da (təyyarələrin, motosikletlərin və yük avtomobillərinin nümayişi) faciə yaşanıb. SİA "Habertürk"-ə istinadən xəbər verir ki, Rejoin parkında təşkil edilən nümayiş zamanı yük avtomobillərinin birinin sürücüsü idarəetməni itirərək maşını tamaşaçıların üzərinə sürüb.
Hadisə zamanı 7 nəfər ölüb, 47 nəfər yaralanıb. Qəzadan sonra yaralılar vertolyotlarla xəstəxanalara daşınıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB