Oktyabrın 6-da Qahirə, İsgəndəriyyə, Suveys və digər iri şəhərlərində hərbi çevrilişin əleyhinə kütləvi aksiyalar keçirilib.
"Əl-Cəzirə" kanalının məlumatına görə, polis və ordu hissələri Qahirədəki Təhrir meydanına bütün girişləri bağlayaraq aksiya iştirakçılarını meydana buraxmayıb.
Meydana daxil olmağa çalışan aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb.
Ordu mənsubları əvvəlcə rezin güllələrdən, sonra isə döyüş güllələrdən istifadə edərək aksiyanı dağıtmağa çalışıblar.
Qarşıdurmada 28 nəfər həlak olub. Başqa şəhərlərdə də ölənlər var.
Oktyabrın 6-da Misirdə 1 milyondan artıq adam aksiyalarda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB