BMT Suriya ilə bağlı qətnaməni qəbul etdi

BMT Suriya ilə bağlı qətnaməni qəbul etdi

BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahın məhv edilməsinə dair qətnamə qəbul edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Qətnamədə bildirilir ki, əgər sənəd icra edilməsə, BMT nizamnaməsinin 7-ci maddəsinə uyğun tədbirlər görüləcək. Maddəyə əsasən hərbi əməliyyatlar da daxil olmaqla sərt təbirlər görülə bilər.

Qeyd edək ki, Təhlükəsizlik Şurasına üzv olan 15 ölkə, beynəlxalq nəzarət altında zəhərləyici maddələrin məhv edilməsi üzrə prosedurlar haqda Suriyanın kimyəvi silahları qadağan olunması üzrə təşkilatın qərarını alqışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə