Misirdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı şəhid olan İhvan liderlərindən əl-Biltecinin qızı Əsma üçün həcc və ümrə ziyarəti başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən səfərbərlik Əsmanın böyük qardaşı Əmmarın təşəbbüsü ilə baş tutub. O, sosial şəbəkələrdə bacısının həyatdan köçməsi səbəbi ilə bu il həcc ziyarətini edə bilmədiyini və bu səbəbdən onun əvəzinə Rabiadaki yoldaşlarını və xeyriyyəçi kəsləri ziyarət etməyə çağırıb.
Qeyd edək ki, sosial şəbəkələrdə "Misir şəhidləri üçün ümrə " və "Hər şəhid üçün ümrə layihəsi" adı altında başladılan kampaniyalarda, şəhidlər adına ümrə edənlərin fotoşəkilləri sərgilənir. Sözügedən səhifənin idarəsi Məhəmməd Memduha məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB