Pakistanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 400-ü keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zərərçəkənlərin sayı isə təxminən 200 min nəfərdir.
Qeyd edək ki, sentyabrın 25-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətində 7.7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində əsasən yoxsul insanların evləri dağılıb. Pakistan hökuməti əhaliyə yardım üçün hərbçiləri fəlakət zonasına göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB