BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Suriya ilə bağlı qətnamə layihəsinə dair razılığa gəlməsi barədə məlumat doğru deyil. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki nümayəndə heyətindəki mənbə deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətində bu cür informasiyanın ortaya çıxması təəccüblə qarşılanıb.
Qeyd edək ki, diplomatik mənblərdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Suriya ilə bağlı qətnamənin əsas mətni ilə əlaqədar razılığa gəlməsi ilə bağlı xəbər yayılıb. Hətta məlumatda bildirilib ki, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin yaxın zamanlarda qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının digər üzvlərinə təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB