ABŞ və Rusiya Suriya məsələsini müzakirə ediblər

ABŞ və Rusiya Suriya məsələsini müzakirə ediblər

Ötən gün ABŞ dövlət katibi Con Kerri ilə Rusiya XİN rəhbəri Sergey Lavrov arasında baş tutan görüş çox konstruktiv olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bəyan edib.

BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan görüş 2 saatadək davam edib və Suriya problemi də daxil olmaqla bir sıra məsələləri əhatə edib.

Diplomatlar danışıqların nəticələrinə dair hər-hansı şərh verməkdən imtina ediblər. Görüşdən dərhal sonra Lavrov BMT-nin Suriya üzrə xüsusi elçisi Lahdar Brahimi ilə danışıqlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə