Keniyada üçgünlük matəm elan edilib

Keniyada üçgünlük matəm elan edilib

Keniya prezidenti Uhuru Keniatta Nayrobidə 67 nəfərin həlak olması ilə nəticələnən terror aktı qurbanlarının xatirəsinə çərşənbə axşamı üçgünlük matəm elan edib. Bu barədə RİA Novosti agentliyi Reyter agentliyinə istinadən xəbər verir.

Ötən şənbə günü Nayrobidə bir qrup silahlı adamlar dəbdəbəli Westgate ticarət mərkəzinə gələn insanlara hücum ediblər. Hücuma görə məsuliyyəti Əl-Qaidə beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan "Əş-Şəbab" qruplaşması üzərinə götürüb.

200 nəfər xilas olunanlardan 175 nəfəri tibbi yardım üçün müraciət ediblər.

Prezidentin sözlərinə görə, əməliyyat zamanı "Əş-Şəbab" yaraqlıların beş nəfəri öldürülüb, daha 11 nəfəri saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə