İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edib. SİA-nın məlumatına görə, H.Ruhaninin səfərinin məqsədi Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 68-ci sessiyasında iştirak etməkdir. İranın rəsmi mətbuatının yaydığı məlumata görə, H.Ruhani səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Həsən Ruhani bildirib ki, səfər zamanı İran xalqının əsl simasını, mədəniyyət və sülhü sevən bir xalq kimi dünyaya tanıtmaq imkanından istifadə edəcək: "Bütün dünyanın təzyiqlərə məruz qalmış İran xalqının səsini eşitməsini istəyirik. Demək istəyirik ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar qeyri-qanuni və qəbuledilməzdir. Bu cür qanunlar qəbul etmək əvəzinə, dialoq və qarşılıqlı anlaşma siyasəti yürüdülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB