Çinin cənubundakı Guangdong əyalətində dünən gecə saatlarından başlayan Usagi tayfunu nəticəsində 25 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təbii fəlakət əyalətdə nəqliyyat, rabitə, elektrik və su sistemini iflic vəziyyətə qoyub. Guangdong əyalətinin mərkəzi Guangcou da daxil olmaqla digər 14 şəhərdə məktəb və dövlət binalarının bağlandığı deyilir.
Qeyd edək ki, tayfunun baş vermə səbəbi ilə əlaqədar 47 min balıqçı qayığı limana geri dönüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB