Türkiyənin İstanbul şəhərində hökumətə qarşı etiraz edən bir qrup terror təşkilatı tərəfdarı icazəsiz aksiya keçirməyə cəhd edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları yolda sədd çəkərək nəqliyyatın hərəkətinə mane olublar.
Polis gözyaşardıcı qazlarla etirazçıları dağıtmağa çalışıb. Aksiya iştirakçıları isə daş, səs bombası və molotof kokteylləri ilə polisə müqavimət göstəriblər. Qarşıdurmalar zamanı küçədə çoxlu sayda zorakılıqlar törədilib.
Piyaləpaşa küçəsində toplaşan fəallardan biri polisə səs bombası atmaq istəyərkən bomba əlində partlayıb. Etirazçı yaralanaraq xəstəxanaya aparılıb. Qarşıdurmalar zamanı daha bir neçə nəfərin xəsarət aldığı bildirilir. Polis zorakılıq törədən 5 nəfəri həbs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB