Suriyada Əsəd ordusunun müxaliflərə qarşı təşkil etdikləri hücumlarda 7-si uşaq, 7-si qadın olmaq 84 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı (SNHR) açıqlama verib. Təşkilat bildirib ki, rejim rəhbərliyinin əleyhdarlarına qarşı raket və döyüş təyyarələrindən edilən hücumlar nəticəsində Həmada 23, paytaxt Dəməşqdə 11, Rakka və Dərada 20, Hələb və Həmasda 18, Deyruz Zorda 6, İdlibdə 4 və Kuneytrada 2 nəfər olmaqla 84 suriyalı öldürülüb.
SNHR məlumatda qarşıdurma nəticəsində paytaxtın Muaddamiyə, Yermuk, Dareya, Duma, Bərzi, Kadəm və Cobar qəsəbələrində evlərin yandırıldığını da qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB