İraqda terror davam edir

İraqda Bağdad şəhərinin mərkəzində, polis məntəqəsi yaxınlığında avtomobil partladılıb. SİA-nın məlumatına görə, nəticədə 3 nəfər ölüb, 20-dən çox adam yaralanıb. Bununla da, İraqda son 24 saat ərzində 61 nəfər terror qurbanı olub.

Xatırladaq ki, sentyabrın 16-dan bu günə kimi İraqın Bağdad və bir neçə şəhərində terror aktları nəticəsində 58 nəfər ölüb, 150-yə yaxın adam yaralanıb.

Qeyd edək ki, BMT-nin məlumatına görə, İraqda təkcə son 5 ay ərzində terror aktlarında 4000-dən çox adam ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə