Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya helikopterinin vurulması ilə bağlı hadisəyə münasibət bildirib.
Baş nazir deyib ki, Türkiyə hərbi hava qüvvələri silahdan istifadədə bütün qaydalara riayət edib və Suriya helikopteri qanunlara müvafiq qaydada vurulub.
Xatırladaq ki, Türkiyə HHQ-nin təyyarələri Türkiyənin hava məkanını pozan, Suriya helikopterini vurublar. Sərhədi pozmuş "Mİ-17" tipli Suriya helikopteri 14.25-də Malatyanın hərbi bazasından qalxan təyyarənin raketlərilə vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB